.jpeg)
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Fövqəladə hallar zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin komandir-rəis heyətinin rolu” mövzusunda tədris-metodiki toplanış keçirilib.
Tədris-metodiki toplanışın məqsədi fövqəladə hallarda operativ qərarların qəbulu, əhalinin və işçi heyətinin təhlükəsizliyinin təmin edilməsi, habelə Nazirliyin struktur bölmələrində mülki müdafiə sahəsində fəaliyyətin düzgün və səmərəli təşkili üzrə komandir-rəis heyətinin bilik və bacarıqlarının artırılması olub.
Toplanış zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən mülki müdafiə planlarının tətbiqi, ilkin tibbi yardımın təşkili, fövqəladə hadisələr zamanı davranış qaydaları və digər mühüm məsələlərlə bağlı çıxışlar edilib, mövzuya dair slaydlar nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
