...

Maliyyə Nazirliyinin daha 2 əməkdaşı PMS I mərhələ imtahanından uğurlu nəticə əldə edib

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 5 oktyabr 2025-ci il tarixində keçirilən Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanının nəticələri elan olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin daha 2 əməkdaşı imtahandan uğurla keçib. Hər iki əməkdaş İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) istiqaməti üzrə uğurlu nəticə əldə edib.

Bu nailiyyət Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində təşkil olunan çoxsaylı təlimlərin göstəricisi olmaqla yanaşı, beynəlxalq standartların tətbiqi sayəsində şəffaflıq, hesabatlılıq və səmərəli maliyyə idarəçiliyinin təmin edilməsinə də mühüm töhfədir.

Əməkdaşlarımızı qazandıqları uğurlu nəticələr münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.