...

Maliyyə Nazirliyinin daha 8 nəfər əməkdaşı PMS II mərhələ imtahanından uğurlu nəticə əldə edib

2 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanının nəticələri açıqlanıb. Nəticələrə əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin daha 8 nəfər əməkdaşı imtahandan uğurla keçib.

Uğur əldə etmiş əməkdaşlar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) istiqamətinin II mərhələsi üzrə tələb olunan bilik və bacarıqları yüksək səviyyədə nümayiş etdiriblər. Bu göstərici Nazirlikdə peşəkar inkişafın dəstəklənməsi və beynəlxalq maliyyə standartlarının tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəsini bir daha təsdiqləyir.

Bu da onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkil etdiyi ardıcıl təlim proqramları əməkdaşların peşəkar potensialının güclənməsinə və fəaliyyətlərinin təkmilləşməsinə şərait yaradır.

İmtahandan uğurla keçmiş əməkdaşları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni peşəkar nailiyyətlər arzulayırıq.