20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin rəhbərliyi və kollektivi, həmçinin yerli bölmələrinin kollektivləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi yad edilib, onların məzarları üzərinə gül dəstələri düzülüb.