...

Maliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin rəhbər heyəti və kollektivi dahi liderin əziz xatirəsini ehtiramla yad edib.

Nazirliyin əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib, onun Azərbaycan dövlətçiliyinə verdiyi tarixi töhfələr bir daha böyük ehtiramla xatırlanıb.