Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən yaşıllaşdırma və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı ərazidəki ağaclara qulluq göstərilib, onlara su verilib, budaqları budanıb, ağacların ətrafındakı torpaq bellənib və alaq otları təmizlənib. Eyni zamanda, ağacların köklərinin ətrafı yumşaldılaraq daha sağlam inkişaf etməsi üçün şərait yaradılıb. Həmçinin aksiya çərçivəsində əməkdaşlar tərəfindən 140 ədəd müxtəlif növ ağac tingləri əkilib.
Bu cür təşəbbüslər muxtar respublikada ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin artırılması və ictimaiyyət arasında ekoloji mədəniyyətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.