Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 oktyabr 2025-ci il tarixli “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında” Sərəncamı ilə Nazirliyin 2 nəfər əməkdaşı “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə”, 4 nəfər əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Sərəncama əsasən uzunmüddətli və səmərəli fəaliyyətlərinə, dövlət maliyyə sisteminin inkişafında göstərdikləri xidmətlərə görə Əliyeva Fatma Həmzə qızı və Novruzova Bulqeyis Sabir qızı “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə”, İmanov Sənan Nəriman oğlu, Məmmədova Kifayət Abbasəli qızı, Qədimov Məhərrəm Heydər oğlu və Sadıqova Xatirə Seyran qızı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.