20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarət zamanı Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi yad edilib, onların məzarları üzərinə gül dəstələri düzülüb.
