...

Naxçıvan Şəhər Maliyyə İdarəsində büdcə proqnozu və “Büdcə Məlumat İdarəetmə Sistemi”nin (BMİS) tətbiqi ilə bağlı təlim keçirilib

Aprelin 14-də Naxçıvan Şəhər Maliyyə İdarəsində büdcə proqnozu və “Büdcə Məlumat İdarəetmə Sistemi”nin (BMİS) tətbiqi ilə bağlı təlim keçirilib.

Təlimdə Naxçıvan şəhəri üzrə Mənzil İstismar İdarələrinin mühasibatlıq sahəsində çalışan əməkdaşları iştirak edib. Təlimin əsas məqsədi müvafiq təşkilatların 2026-cı il və sonrakı üç il üçün büdcə proqnoz sənədlərinin hazırlanması və bu sənədlərin qanunvericiliyə uyğun şəkildə BMİS-ə işlənməsi qaydalarının izah olunması olub.

Maliyyə Nazirliyinin əməkdaşları Məmmədnağı Əkbərov və Samir Həziyev çıxış edərək sistemin tətbiqi ilə bağlı vacib məqamları diqqətə çatdırıblar və sonda proqnoz sənədlərinin hazırlanması praktiki formada nümayiş etdirilib, iştirakçıların sualları ətraflı cavablandırılıb.