...

Nazirlər Kabineti "e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sistemin texniki-texnoloji infrastrukturu, altsistemləri, sistemə ötürülən məlumatların dairəsi, həmçinin sistem sahibinin və iştirakçıların hüquq və vəzifələri müəyyən olunub.
“e-mühasibat” informasiya sistemi “Mühasibat uçotu haqqında” qanunun tələbləri əsasında qurularaq, mühasibat uçotu subyektləri tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsini təmin edəcək. Bununla yanaşı, beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnləri, mühasibat uçotunun aparılmasına xidmət edən proqram təminatları və maarifləndirici məlumatlar da sistem üzərindən istifadəçilərə təqdim olunacaq.