.jpeg)
İyulun 12-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) üzrə Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan şəxslərin bilik səviyyəsinin yoxlanması və onları sertifikat imtahanına daha yaxşı hazırlamaq məqsədilə sınaq imtahanı keçirilib.
İmtahan başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Tural Məmmədzadə çıxış edərək Peşəkar Mühasib Sertifikatının maliyyə-mühasibatlıq sahəsi üzrə əhəmiyyətini vurğulayıb. O, sınaq imtahanının bu sahədə fəaliyyət göstərən əməkdaşların hazırlıq səviyyəsinin qiymətləndirilməsində əhəmiyyətli olduğunu qeyd edib.
Muxtar respublikanın müxtəlif dövlət təşkilatlarının maliyyə-mühasibatlıq sahəsi üzrə çalışan əməkdaşları qeydiyyat əsasında sınaq imtahanında iştirak ediblər. Dövlət İmtahan Mərkəzinin proqramına uyğun şəkildə hazırlanan sınaq imtahanı iştirakçıların bilik səviyyəsini yoxlamaq məqsədini daşıyıb və onları sertifikat imtahanına daha yaxşı hazırlamağa yönəlib.
Qeyd edək ki, iyulun 18-də sınaq imtahanının nəticələri müzakirə olunacaq, iştirakçılara qiymətləndirmənin nəticələri açıqlanacaq və eyni zamanda imtahan suallarının izahı təqdim ediləcək.
.jpeg)