“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Hesabatların forması və təqdim olunma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq olunub.

Maliyyə hesabatlarının təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.
Əlavə məlumat üçün: (036) 550 33 33