Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan III kurs tələbələri Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrində istehsalat təcrübəsinə cəlb olunub.
1 aprel tarixindən başlayaraq 5 iyul tarixinədək davam edəcək istehsalat təcrübəsinin ilk günündə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova tələbələrlə görüşüb, onlara Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə və Nazirliyin strukturu barədə məlumat verib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Maliyyә Nazirliyi Naxçıvan Muxtar Respublikasının maliyyә siyasәtini işlәyib hazırlayan vә hәyata keçirәn, dövlәt maliyyәsinin idarә olunmasını tәşkil edәn, Naxçıvan Muxtar Respublikasının büdcәsi layihәsini hazırlayan vә dövlәt büdcәsinin kassa icrasını tәmin edәn, mühasibat uçotunun tәşkili vә aparılması sahәlәrindә dövlәt tәnzimlәnmәsinin, dövlәt büdcәsi vәsaitindәn istifadә sahәlәrindә dövlәt nәzarәtinin hәyata keçirilmәsini tәmin edәn mәrkәzi icra hakimiyyәti orqanıdır.
Nazirliyin strukturu haqqında məlumat verən Mehriban İmanova təcrübənin irəliləyən günlərində ayrı-ayrılıqda şöbələr və onların iş prinsipi ilə də tanışlığın olacağını izah edib.
Sonra Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin aparıcı mütəxəssisi Emil Tarverdiyev “İctimai sektorda mühasibat uçotunun əsasları” mövzusunda çıxış edərək tələbələrə ətraflı məlumat verib.
Qeyd edək ki, təcrübənin keçirilməsinin əsas məqsədi tələbələrin peşə bacarıqlarının əldə edilməsi və təkmilləşdirilməsi, ali təhsil müəssisələrində qazanılmış biliklərin təkrarlanması ilə nəzəri əsasların təcrübədən alınan biliklərlə zənginləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsindən ibarətdir.