...

Tələbələrin Maliyyə Nazirliyində istehsalat təcrübəsi davam edir.

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu” ixtisasında əyani şöbə üzrə təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində istehsalat təcrübəsinə davam edir.

11 iyun tarixində təcrübə proqramına uyğun olaraq Gəlirlərin proqnozu şöbəsinin əməkdaşı Xəlil Vəlizadə tələbələrə “Büdcə gəlirlərinin planlaşdırılması və modelləşdirilməsi”, həmçinin “Gəlirlərin icrasına nəzarət və ciddi hesabat blanklarının uçotu” mövzularında əyani materiallar və slaydlar vasitəsilə geniş məlumat verib.

Qeyd edək ki, təcrübənin keçirilməsinin əsas məqsədi tələbələrin ali təhsil müəssisələrində qazanamış olduğu nəzəri biliklərinin təcrübədən alınan biliklərlə zənginləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsindən ibarətdir.