5 iyul tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində hal-hazırda Nazirlikdə və yerli bölmələrində olan vakant vəzifələr üzrə müraciəti daxil olmuş namizədlərlə görüş keçirilib.
Görüşün məqsədi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Karyera sərgisi”ndə Maliyyə Nazirliyi tərəfindən müxtəlif vəzifələr üzrə təklif edilmiş vakant yerlərə müraciət etmiş namizədlərlə tanış olmaq, onların müraciətlərini və təkliflərini dinləmək,qanunamüvafiq qaydada köməklik etməkdən ibarətdir.
Maliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Həsən İsmayılovun, nazir müavini Elvin Əlimərdanovun və digər struktur üzrə rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə vətəndaşlara Nazirliyin fəaliyyət istiqamətləri haqqında məlumatlar verilib, iştirakçılarla söhbət aparılıb, müraciətləri dinlənilib. Müraciətləri dəyərləndirmək məqsədilə aidiyyəti üzrə qeydlər götürülüb.
Qeyd edək ki, “Karyera sərgisində” Maliyyə Nazirliyi tərəfindən təklif olunan müxtəlif vəzifələr üzrə vakant yerlərə ümumilikdə 51 müraciət daxil olub.