10 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Yeni dövrün ən yaxşı mühasibi” IV muxtar respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib. Müsabiqənin nəticələrinə uyğun olaraq qaliblərə plaketlər təqdim olunub. Büdcə təşkilatları üzrə birinci yeri Rasim Eynalov, ikinci yeri Rəvan Zeynalov, kommersiya təşkilatları üzrə birinci yeri Mirzaur Seyidzadə, ikinci yeri Elşən Vəliyev tutub, tələbələr arasında Gülçin Fərəcova, Nurgül Hüseynzadə və Rəvan Qafarlı ilk üç yerdə qərarlaşıb.
Qeyd edək ki, 7 may tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 35 nəfər iştirak edib.