Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 22 iyul tarixli Q-16 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin istifadəsinin dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün Hesablar Planının müvafiq hesablarında və subhesablarında əks etdirilməsi qaydası»nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 22 iyul tarixli Q-16 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin istifadəsinin dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün Hesablar Planının müvafiq hesablarında və subhesablarında əks etdirilməsi qaydası»nda dəyişiklik edilməsi haqqında
Qərar № Q-08 Bakı şəhəri, 12 iyul 2018-ci il
«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1025-VQD nömrəli Qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 mart tarixli 3837 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası qərara alır:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 22 iyul tarixli Q-16 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin istifadəsinin dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün Hesablar Planının müvafiq hesablarında və subhesablarında əks etdirilməsi qaydası»nın 2.7.3.1-ci yarımbəndində «dövlət qulluğunda xidmət illərinin minimum həddinə» sözləri «dövlət qulluğu vəzifəsində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına» sözləri ilə əvəz edilsin.2. Maliyyə Nazirliyi aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Nazir
Samir ŞƏRİFOV