Maliyyə Nazirliyi və yerli bölmələrindən 7 vəzifə üzrə 7 yer dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə mərhələsinə çıxarılıb.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Aparatında 1 yer, nazirliyin yerli bölmələrində 6 yer olmaqla, ümumilikdə 7 vəzifə üçün 7 yer Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 28 noyabr 2023-cü il tarixində elan edilmiş müsabiqə üzrə müsahibəyə çıxarılıb.

            Namizədlər vəzifələr haqqında məlumat və müraciət forması ilə tanışlıq üçün aşağıdakı linkə keçid edə bilərlər.

            Elan üçün sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə həyata keçirilir. 27 dekabr 2023-cü il tarixinədək sənəd qəbulu davam edəcəkdir.

 

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbElanlar