Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində inzibati təsnifat üzrə 5 vəzifə ümumi müsahibəyə çıxarılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2 yer və yerli bölmələrində 3 yer olmaqla, ümumilikdə 5 vəzifə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 23 noyabr 2023-cü il tarixində elan edilmiş ümumi müsahibəyə verilib.
Namizədlər müsahibə proqramı, vəzifə haqqında məlumat və müraciət forması ilə tanışlıq üçün aşağıdakı linkə keçid edə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=530
Elan üçün sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə həyata keçirilir. 22 dekabr 2023-cü il tarixinədək sənəd qəbulu davam edəcək.