...

8 Noyabr Zəfər Günü münasibətilə şəhid ailəsi ziyarət olunub.

          7 noyabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi kollektivi “8 Noyabr Zəfər Günü” münasibətilə Vətən müharibəsi şəhidi İbrahim Vəlizadənin xatirəsini yad edib.

          İlk olaraq şəhidin məzarı ziyarət olunub.

       Sonra şəhid İbrahim Vəlizadənin ailəsi ziyarət edilib. Ailə ilə söhbət zamanı şəhidin valideyinləri övladlarından qürurla danışıb, İbrahim Vəlizadə ilə həmişə fəxr etdiklərini, onun miras qoyduğu qəhrəmanlığının onlara fəxarət hissi verdiyini qeyd ediblər.

 

 

          “Vətən müharibəsində öz şücaətləri ilə fərqlənən İbrahim Vəlizadənin vətənpərvərliyi hər bir azərbaycanlı gəncə örnək olmalıdır”, - deyən nazir müavini Həsən İsmayılov qəhrəman şəhidlərimizin həmişə böyük ehtiramla yad olunacağını vurğulayıb.

          Daha sonra şəhidin xatirələrini danışan ailəsi onun fotoşəkilləri ilə də kollektivi tanış edib.