...

Maliyyə Nazirliyinin kollektivi “Bayraq Muzeyi”ndə olub.

7 noyabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi “9 Noyabr - Dövlət Bayrağı Günü” münasibətilə Naxçıvan şəhərində fəaliyyət göstərən Dövlət Bayrağı Muzeyində ekskursiyada olub.

Muzey əməkdaşı nazirliyin kollektivinə eksponatlar haqqında geniş məlumat verib. Qeyd edib ki, Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yer alır. Hər eksponat tarixi əhəmiyyət daşıyır və muzeyə gələn ziyarətçilər tərəfindən marağa səbəb olur.

 

 

Ekspozisiya ilə tanışlıq sonrası Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov qeyd edib ki, üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Sonda nazir müavini Həsən İsmayılov qarşıdan gələn “9 Noyabr - Dövlət Bayrağı Günü” münasibətilə muzey əməkdaşlarını və kollektivi təbrik edib, muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb.