116 iyun 2023-cü il tarixində Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar gənc dövlət qulluqçuları arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. Muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və icra hakimiyyətlərinin hər birindən bir komanda olmaqla ümumilikdə 23 komandanın iştirak etdiyi oyunun yekun nəticələrinə əsasən Maliyyə Nazirliyinin “Financier” komandası rəqiblərini üstələyərək oyunun qalibi, kubokun sahibi adını qazanıb. Qalib komandalar və komanda üzvləri diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.