...

Ordubad şəhər tam orta internat məktəbi şagirdlərinin Naxçıvan şəhərinə səfəri təşkil edilib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Ordubad şəhər tam orta internat məktəbi şagirdlərinin Naxçıvan şəhərinə səfəri təşkil edilib.

İnternat məktəbində təhsil və tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Naxçıvan şəhərində oyun və əyləncə proqramı hazırlanıb, uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının  100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilib.