...

Vakant inzibati vəzifələrin tutulması üçün elan olunan ümumi müsahibə mərhələsi başa çatıb.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində və yerli bölmələrində 5 vakant inzibati vəzifə üzrə keçirilən ümumi müsahibə mərhələsi baş çatıb.

Müvafiq vakant inzibati vəzifələr üçün ümumi müsahibədə namizədlərə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən razılaşdırılıb təsdiq edilmiş, Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilmiş müsahibə proqramına uyğun suallar verilmişdir.

          Onlayn qaydada aparılan ümumi müsahibə mərhələsində müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 1 nəfər Maliyyə Nazirliyindən ekspert, 1 nəfər Dövət İmtahan Mərkəzindən ekspert, 1 nəfər müstəqil ekspert və namizəd olmaqla, ümumilikdə 4 nəfər iştirak etmişdir.

Bu mərhələdə obyektivlik və şəffaflıq tam təmin edilmiş, ümumi müsahibə mərhələsini uğurla keçən 3 nəfər namizəd müvafiq vəzifələrə təyin edilmişdir.

Bir nəfər vəzifəyə təyin edilməyən namizəd isə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin ehtiyat kadrlar siyahısına daxil edilmişdir.

Qeyd edək ki, 23 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən elan edilmiş, 31 yanvar 2024-cü il tarixində başlayan ümumi müsahibəyə 2 fevral 2024-cü il tarixində yekun vurulmuşdur.