İsmayılov Həsən Bayram oğlu
Bioqrafiya
1989-cu ildə Babək rayonunda anadan olub.
2007-ci ildə Naxçıvan Dövlət Universitetinin “Sosial idarəetmə və hüquq” fakültəsinin “Hüquqşünaslıq” ixtisasına qəbul olub, 2011-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Əmək fəaliyyətinə 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatında baş məsləhətçi vəzifəsində başlayıb. 2014-cü ilin aprel ayında “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İnzibati təşkilat departamentində hüquqşünas vəzifəsinə təyin olunub.
2017-2019-cu illərdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Ümumi işlər və kadrlar sektorunun müdiri, daha sonra isə Ümumi işlər və kadrlar şöbəsinin müdiri vəzifələrində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 10 yanvar 2023-cü il tarixindən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16 iyul 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsinə təyin olunub.
Hazırda “Həyatın müxtəlif sahələrində sosial iş” ixtisası üzrə magistratura təhsili alır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.