8 Noyabr-Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər Abidəsini ziyarət edib.
Abidə önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.