Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Maliyyə Nazirliyinin kollektivi Novruz bayramı münasibətilə Sosial Reabilitasiya Müəssisəsinin sakinlərini və aztəminatlı ailələri ziyarət edib
Xəbər calendar_month

Maliyyə Nazirliyinin kollektivi Novruz bayramı münasibətilə Sosial Reabilitasiya Müəssisəsinin sakinlərini və aztəminatlı ailələri ziyarət edib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Novruz bayramı münasibətilə “Çətin həyat şəraiti olan şəxslər üçün” Sosial Reabilitasiya Müəssisəsinin sakinlərini və aztəminatlı ailələri ziyarət edib.
Görüş zamanı Nazirlik əməkdaşları müəssisə sakinlərinə bayram hədiyyələri təqdim edərək, onları Novruz bayramı münasibətilə təbrik ediblər. Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, bayramın onlara bəxş etdiyi sevinc hissindən danışıblar.
Bununla yanaşı, aztəminatlı ailələrə də bayram münasibətilə sovqatlar çatdırılıb.  Novruz bayramı milli-mənəvi dəyərlərimizi yaşadan, insanları birlik və həmrəyliyə sövq edən əlamətdar bayramlardan biridir. Paylaşma və həmrəylik ruhunu yaşadan bu bayramda da Nazirliyin kollektivi mənəvi dəyərlərə sadiq qalaraq insanların sevincinə şərik olmağa davam edir.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN