Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Əməkdaşlarımız dövlət təltiflərinə layiq görülüblər
Xəbər calendar_month

Əməkdaşlarımız dövlət təltiflərinə layiq görülüblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2025-ci il 23 iyun tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu təltif edilib.

Təltif edilənlər siyahısında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin iki nəfər əməkdaşı da yer alıb.

Nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Novruzov Ağəli Əkbər oğlu  “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, Xəzinə şöbəsinin Büdcənin uçotu və hesabatı sektorunun müdiri Məmmədov Vüsal Vətən oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Bu təltiflər əməkdaşlarımızın dövlət qulluğundakı peşəkarlıqla və məsuliyyətlə göstərdikləri fəaliyyətinin yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Maliyyə Nazirliyinin kollektivi adından hər iki əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayırıq!

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN