Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Maliyyə Nazirliyinin nümayəndə heyəti Gürcüstanın maliyyə nəzarəti təcrübəsi ilə tanış olub
Xəbər calendar_month

Maliyyə Nazirliyinin nümayəndə heyəti Gürcüstanın maliyyə nəzarəti təcrübəsi ilə tanış olub

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin nümayəndə heyəti 23-26 fevral tarixlərində Gürcüstan Respublikasının Maliyyə Nazirliyində işgüzar səfərdə olub.

Səfər çərçivəsində tərəflər arasında dövlət maliyyə nəzarəti, audit fəaliyyəti və daxili nəzarət sistemlərinin təşkili sahəsində təcrübə mübadiləsi aparılıb. Görüşlər zamanı risk əsaslı audit yanaşmaları, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi və rəqəmsal həllərin tətbiqi məsələləri müzakirə edilib.

Nümayəndə heyəti Gürcüstan Maliyyə Nazirliyinin müvafiq struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olub, dövlət sektorunda maliyyə nəzarəti və audit proseslərinin təşkili istiqamətində təqdimatlar dinlənilib.

Səfər çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə təlim və təcrübə proqramlarının təşkili imkanları da nəzərdən keçirilib. Görüşlərin dövlət maliyyə nəzarəti sahəsində ikitərəfli əməkdaşlığın inkişafına və qabaqcıl təcrübələrin tətbiqinə töhfə verəcəyi vurğulanıb.

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN