Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

“Mən mühasib olmaq istəyirəm!” təliminə yekun vurulub.
Xəbər calendar_month

“Mən mühasib olmaq istəyirəm!” təliminə yekun vurulub.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və 2 fevral-Gənclər Gününə həsr olunmuş “Mən mühasib olmaq istəyirəm!” adlı üçgünlük təlimlərə yekun vurulub.

          Muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan gənc maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslərin iştirak etdiyi təlimin yekunu olaraq biliklərin qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə test imtahanı əsasında keçirilib. İmtahan zamanı açıq və qapalı tipli olmaqla, mühasibat uçotunun həm nəzəri, həm də praktiki məsələlərini əhatə edən 30 tapşırıqdan ibarət sual kitabçaları iştirakçılara təqdim edilib. Qiymətləndirmədən sonra sualların müzakirəsi aparılıb.

Sonda imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib. 

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN