Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

“Muxtariyyətin 100 ili” adlı tədbir keçirilib.
Xəbər calendar_month

“Muxtariyyətin 100 ili” adlı tədbir keçirilib.

   06 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş  “Muxtariyyətin 100 ili” adlı tədbir keçirilib.

          Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov açaraq Azərbaycanın dövlətçilik tarixində muxtariyyətin rolundan danışıb, Prezident cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi” haqqında verilən sərəncamın mühüm hadisə olduğunu vurğulayıb.

          Qeyd edilib ki, müstəqillik illərində gündən-günə inkişaf edən Naxçıvan bu gün ölkənin ən çox inkişaf etmiş bölgələrindən biridir. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsidir ki, öz 100 illik yubileyini qeyd edən Naxçıvan sosial-iqtisadi, ictimai-siyasi sahələrdə sürətli inkişafdadır.

          Sonra Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova, nazirlik Aparatının baş hüquqşünası Samirə İsmayılova və nazirliyin baş məsləhətçisi Tamaraxanım Aşurlunun mövzu üzrə çıxışları dinlənilib.

          Sonda nazir müavini Həsən İsmayılov tədbir iştirakçılarını əlamətdar  gün münasibətilə təbrik edərək qeyd edib ki, muxtariyyətinin 100-cü ilində yeni inkişaf mərhələsinə qədəm qoyan Naxçıvan bundan sonra da Ulu Öndər Heydər Əliyevin ümummilli ideyalarına sadiq qalaraq gələcəyə doğru inamla addımlayacaq.

 

Naxçıvan Muxtar Respublikasının

 Maliyyə Nazirliyinin mətbuat xidməti

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN