Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Maliyyə Nazirliyində dövlət qulluqçuları arasında intellektual oyun keçirilib
Xəbər calendar_month

Maliyyə Nazirliyində dövlət qulluqçuları arasında intellektual oyun keçirilib

23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət qulluqçuları arasında intellektual oyun keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən oyunda Nazirlik Aparatının struktur bölmələri ayrı-ayrılıqda komandalar şəklində təmsil olunublar.

Tədbir iştirakçıların salamlanması ilə başlayıb. Açılış zamanı Maliyyə Tədris Mərkəzinin direktoru vəzifələrini müvəqqəti icra edən Tural Məmmədzadə çıxış edərək bildirib ki, bu cür intellektual oyunların təşkili əməkdaşların məntiqi düşünmə bacarıqlarının inkişafına, eləcə də kollektivdə sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.

İntellektual oyunda iştirakçılara ümumi dünyagörüşünü əhatə edən suallar təqdim olunub. Yarışın sonunda nəticələr qiymətləndirilib və toplanmış ballara əsasən qalib komandalar müəyyən edilib.
Nəticələrə görə, birinci yerə Müasir texnologiyalar və innovasiyalar şöbəsinin komandası, ikinci yerə Gəlirlərin proqnozu şöbəsinin komandası, üçüncü yerə isə İqtisadi sahələrin maliyyəsi şöbəsinin komandası layiq görülüb.

Sonda qaliblərə mükafatlar və fəxri fərmanlar təqdim olunub.

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN