Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Maliyyə Nazirliyində vakant vəzifələr üzrə müraciət etmiş namizədlərlə görüş keçirilib
Xəbər calendar_month

Maliyyə Nazirliyində vakant vəzifələr üzrə müraciət etmiş namizədlərlə görüş keçirilib

İyulun 13-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Nazirlik Aparatında və yerli bölmələrində mövcud olan vakant vəzifələr üzrə müraciət etmiş namizədlərlə görüş keçirilib.

Görüşün məqsədi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilmiş “Karyera sərgisi - 2026” çərçivəsində Maliyyə Nazirliyi tərəfindən təklif olunan vakant vəzifələrə müraciət etmiş namizədlərlə tanış olmaq, onların müraciət və təkliflərini dinləmək, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dəstəyin göstərilməsini təmin etməkdən ibarət olub.

Maliyyə naziri Həsən İsmayılovun, nazir müavini Elvin Əlimərdanovun və Nazirliyin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə namizədlərə qurumun fəaliyyət istiqamətləri barədə məlumat verilib, onlarla fərdi söhbətlər aparılıb və müraciətləri dinlənilib.

Sonra namizədlərin müraciətlərinin müvafiq qaydada dəyərləndirilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN