Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcənin icrasına dair “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb
Xəbər calendar_month

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcənin icrasına dair “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq icra olunan büdcəyə dair – Azərbaycan Respublikasının 2025-ci il dövlət və icmal büdcələrinin icrasını əks etdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb.

Bələdçidə 2025-ci il üzrə dövlət və icmal büdcələrinin icrasının əsas nəticələri, dövlət vəsaitlərinin formalaşma mənbələri və xərc istiqamətləri, makroiqtisadi göstəricilər, eləcə də dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən islahatlar sadə və anlaşılan formada təqdim edilib. Həmçinin, bələdçidə ölkəmizin müdafiə və təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi, əhalinin sosial rifahının və sosial müdafiəsinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, real sektorun inkişafı, rəqəmsal transformasiya və innovasiyaların genişləndirilməsi kimi prioritet istiqamətlər üzrə büdcə vəsaitlərinin istifadəsi funksional və iqtisadi təsnifat əsasında əks etdirilib.

“Vətəndaşın büdcə bələdçisi” dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın, hesabatlılığın və ictimai məlumatlılığın artırılması istiqamətində Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.

Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyası və tələbləri nəzərə alınmaqla hazırlanmış bu nəşr vətəndaşlara büdcənin icrası barədə dolğun təsəvvür formalaşdırmağa və bu sahədə bələdçilik etməyə xidmət edir.

Bələdçi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/6a4e06ab3803c.pdf

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN