Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib
Xəbər calendar_month

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib

Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Maliyyə Nazirliyində anım tədbiri keçirilib.

Əvvəlcə Maliyyə Nazirliyinin kollektivi Nazirliyin inzibati binasında Ulu Öndərin büstü önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, müasir idarəçilik ənənələrinin formalaşdırılması və müstəqilliyimizin qorunub saxlanılması istiqamətində misilsiz xidmətlərindən bəhs olunub, Onun zəngin dövlətçilik irsinin və xalqımıza xidmət nümunəsinin hər zaman yaşadılacağı vurğulanıb.

Daha sonra Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri düzüb, Onun işıqlı xatirəsini ehtiramla anıblar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri qoyulub.

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN