Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Maliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
Xəbər calendar_month

Maliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin rəhbər heyəti və kollektivi dahi liderin əziz xatirəsini ehtiramla yad edib. Nazirliyin əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib, onun Azərbaycan dövlətçiliyinə verdiyi tarixi töhfələr bir daha böyük ehtiramla xatırlanıb.
Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN