Əlimərdanov Elvin Yusif oğlu
Bioqrafiya
1990-cı ildə Kəngərli rayonunda anadan olub.
2012-ci ildə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2016-cı ildə həmin ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurub. 2019-cu ildən “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə doktorantura təhsilini davam etdirir.
Əmək fəaliyyətinə 2013-cü ildə Kəngərli Rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində başlayıb. Daha sonra Kəngərli Rayon Vergilər Şöbəsində baş dövlət vergi müfəttişi vəzifəsində çalışıb.
2014-2018-ci illərdə “Naxçıvanqaz” İstehsalat Birliyində aparıcı mühasib, 2018-2022-ci illərdə isə Naxçıvan Şəhər İcra Hakimiyyətində sektor müdiri-baş mühasib vəzifəsində fəaliyyət göstərib.
2022-2024-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində İqtisadiyyat departamentinin müdiri, daha sonra isə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində Maliyyə və mühasibatlıq departamenti müdirinin müavini vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 7 iyun 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Əsas peşə fəaliyyəti ilə yanaşı, 2014-2022-ci illərdə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində maliyyə istiqaməti üzrə pedaqoji fəaliyyətlə məşğul olub.
2021-2023-cü illərdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Audit Komitəsinin sədri, 2023-2024-cü illərdə isə peşəkar mühasib sertifikatı imtahanlarının təşkili üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində beynəlxalq standartlar və qanunvericilik sahəsi üzrə ekspert kimi fəaliyyət göstərib.
Maliyyə və mühasibat uçotu sahəsində bir sıra elmi məqalələrin, tədris proqramlarının və konfrans materiallarının, eləcə də “Mühasibat uçotu” adlı dərs vəsaitinin müəllifidir.
Bir sıra yerli və beynəlxalq sertifikatlara malikdir. Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun (ICFM UK) maliyyə hesabatlarının beynəlxalq standartları, daxili audit, maliyyə menecmenti və maliyyə təhlili istiqamətləri üzrə (IFRS, PIA, FM və PFM) diplom proqramlarını bitirib. 2025-ci ildən həmin institutun üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.