Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

“Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu üçüncü oxunuşda qəbul edilib
Xəbər calendar_month

“Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu üçüncü oxunuşda qəbul edilib

İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, bu gün, Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcını qoyan əlamətdar bir gündür. 14 iyul 1969-cu il Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkəmizin müstəqil və qüdrətli dövlətçilik təməlləri atıldı. Məhz həmin dövrdə Ulu Öndər tərəfindən formalaşdırılan güclü iqtisadi, hərbi və kadr potensialı, həyata keçirilən məqsədyönlü siyasət 1993-cü ildə dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşən zaman ölkənin xilasında mühüm rol oynadı və Azərbaycanın davamlı tərəqqisinin əsasını qoydu.

Qeyd olunub ki, bu gün qürurla deyə bilərik ki, ölkəmiz, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, dövlətimizin bütün sahələrdə əldə etdiyi uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi, 1969-cu ilin 14 iyulundan Ümummilli Lider Heydər Əliyevin başlatdığı inkişaf və dövlətçilik strategiyasının uğurlu nəticəsidir. Elə buna görə də 14 iyul müasir Azərbaycan tarixinin əlamətdar günlərindən biri kimi qiymətləndirilir və hər zaman xalqımızın milli yaddaşında xüsusi ehtiramla anılır.

Deputatlardan Zeynəb Quliyeva, Aynur Babayeva, Şəhla Əhmədova və Sevinc Həsənova çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərliyə gəlməsinin milli dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətindən, Naxçıvana qayıdışının ölkəmizin müstəqillik və qurtuluş yolunda həlledici rolundan bəhs edilib, Ulu Öndərin siyasi kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini qeyd edib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ - üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov məlumat verib, komitənin rəyini diqqətə çatdırıb, Qanun səsə qoyularaq qəbul edilib.

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN