Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

“Maliyyəçi və mühasiblərin il sonu hesabatlılığı” adlı tədbir keçirilib
Xəbər calendar_month

“Maliyyəçi və mühasiblərin il sonu hesabatlılığı” adlı tədbir keçirilib

Dekabrın 29-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Maliyyəçi və mühasiblərin il sonu hesabatlılığı” adlı tədbir keçirilib. Maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi üzrə mövcud tələblərin izah olunması, yol verilən nöqsanların aradan qaldırılması, habelə büdcə təşkilatlarında maliyyə intizamı və hesabatlılığının gücləndirilməsi məqsədilə keçirilən tədbirdə muxtar respublikada fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının maliyyə-mühasibatlıq sahəsi üzrə məsul əməkdaşları, habelə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin struktur bölmələrinin müvafiq sahə üzrə əməkdaşları, maliyyə və vergi sahəsi üzrə dəvət olunmuş mütəxəssis və ekspertlər iştirak ediblər. Tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Rəsmi hissədə çıxış edən Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov büdcə təşkilatlarında maliyyə hesabatlarının qanunvericiliyin tələblərinə uyğun, vaxtında və düzgün təqdim edilməsinin maliyyə intizamının möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib. Daha sonra Maliyyə Tədris Mərkəzinin direktoru Tural Məmmədzadə çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi üzrə mövcud normativ-hüquqi tələblərin izah olunması, yol verilən nöqsanların aradan qaldırılması, maliyyəçi və mühasiblərin peşə biliklərinin artırılması olduğunu bildirib. Tədbir çərçivəsində maliyyə hesabatlarının hazırlanma qaydaları və vergi hesabatlılığı mövzularında ekspert təqdimatları keçirilib, normativ sənədlərin tətbiqi mexanizmləri izah olunub. Arif Ataxanlı “Maliyyə hesabatlarının hazırlanması” mövzusunda, Ayxan Ələkbərov isə Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı çıxışlar edib, praktiki məsələlər üzrə müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda Maliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətində fərqlənən şəxslər müxtəlif nominasiyalar üzrə təltif edilib.
Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN