Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfəri çərçivəsində maliyyə naziri ilə də görüşüb
Oktyabrın 14-də Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov ilə görüşüb.
Görüş zamanı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, dövlət maliyyəsinin idarə olunması, büdcə vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə, maliyyə intizamının gücləndirilməsi və büdcə proseslərində şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsi, büdcə planlaşdırılması və icrası proseslərində səmərəliliyin artırılması, hesabatlılıq mexanizmlərinin gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə olunub.
Görüşdə maliyyə sahəsində institusional inkişafın dəstəklənməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əhəmiyyəti və bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşıb.