Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Maliyyə Nazirliyinin əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub
News calendar_month

Maliyyə Nazirliyinin əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub

Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Babək Rayon Maliyyə İdarəsinin rəisi Zeynalov Rasim Aydın oğluna medalın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən maliyyə naziri Həsən İsmayılov Rasim Zeynalovun dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətini yüksək qiymətləndirib, onun peşəkarlıq və məsuliyyətlə yerinə yetirdiyi xidmətlərin dövlət səviyyəsində qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir bildirib ki, dövlət qulluqçularının əməyinə verilən bu cür yüksək qiymət onların gələcək fəaliyyətinə əlavə stimul olmaqla yanaşı, dövlət qulluğunda peşəkarlığın və məsuliyyətin təşviqinə xidmət edir.

Sonra Rasim Zeynalov əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək və dövlət qulluğunda səmərəli fəaliyyət göstərmək üçün səylə çalışacağını qeyd edib.

Sonda maliyyə naziri Həsən İsmayılov Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə verilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Rasim Zeynalova təqdim edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN