Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Şəhid övladlarının təhsil sevincini birgə bölüşdük!
News calendar_month

Şəhid övladlarının təhsil sevincini birgə bölüşdük!

Yeni tədris ili ərəfəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi bu il birinci sinfə qədəm qoyan şəhid övladlarını ziyarət edib.

Ziyarətlər zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib, onların övladlarının məktəbə başlamasının sevinci bölüşülüb. Məktəb həyatına ilk addımlarını atmağa hazırlaşan balacalarla səmimi söhbətlər aparılıb, onların yeni məktəb həyatı ilə bağlı sevinc və həyəcanına şərik olunub.

Maliyyə naziri Həsən İsmayılov bildirib ki, şəhid ailələrinə və şəhid övladlarına göstərilən diqqət və qayğı dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biri olmaqla yanaşı hər birimizin mənəvi borcudur. Qeyd olunub ki, şəhidlərimizin bizə əmanət etdiyi övladların savadlı, vətənpərvər və Vətənə layiqli vətəndaş kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır. Onların təhsildə qazandıqları hər bir uğur həm ailələri, həm də bütün xalqımız üçün qürur mənbəyidir.

Şəhid ailələrinin üzvləri qeyd ediblər ki, bu kimi ziyarətlər ailələr üçün mənəvi dəstək olmaqla yanaşı, uşaqlar üçün də təhsil yolunda əlavə stimul və ruh yüksəkliyi yaradır.

Sonda məktəb həyatına ilk addımlarını atan şəhid övladlarına yeni tədris ilində uğurlar, yüksək nailiyyətlər və xoş məktəb illəri arzulanıb.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN