Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

“e-mühasibat” altsisteminin tətbiqi ilə bağlı təlim keçirilib
News calendar_month

“e-mühasibat” altsisteminin tətbiqi ilə bağlı təlim keçirilib

21-22 sentyabr tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində büdcə təşkilatlarının maliyyə və mühasibat uçotu sahəsində çalışan əməkdaşları üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-mühasibat” altsisteminin tətbiqi ilə bağlı təlim keçirilib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə Naxçıvan Muxtar Respublikasının büdcə təşkilatlarının, eləcə də onların tabeliyində fəaliyyət göstərən qurumların maliyyə və mühasibat uçotu sahəsində çalışan əməkdaşları iştirak ediblər. Ümumilikdə təlimə 90 büdcə təşkilatından 145 nəfər əməkdaş cəlb olunub.

Təlimin açılışında Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək “e-mühasibat” altsisteminin tətbiqinin mühasibat uçotunun elektronlaşdırılması, maliyyə məlumatlarının daha çevik və sistemli idarə olunması, eləcə də maliyyə hesabatlılığının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, təlimin əsas məqsədi büdcə təşkilatlarında “e-mühasibat” altsisteminin tətbiqinə hazırlıq səviyyəsinin artırılması, maliyyə və mühasibat uçotu sahəsində çalışan əməkdaşların sistemdən istifadə üzrə nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsidir.

İki gün davam edən təlim zamanı iştirakçılara “e-mühasibat” altsisteminin funksional imkanları və istifadə qaydaları, mühasibat uçotunun elektron formada aparılması, ilkin qalıqların sistemə daxil edilməsi, ehtiyatların və əsas vəsaitlərin uçotunun təşkili barədə ətraflı məlumat verilib. Həmçinin anbarlar və struktur bölmələri arasında yerdəyişmə əməliyyatlarının həyata keçirilməsi, maddi-məsul şəxslər üzrə əməliyyatların idarə olunması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi prosesləri praktiki nümunələr əsasında izah edilib.

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN