Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Tikinti və şəhərsalma xərclərinin düzgün tətbiqi ilə bağlı metodiki maarifləndirmə tədbiri keçirilib
News calendar_month

Tikinti və şəhərsalma xərclərinin düzgün tətbiqi ilə bağlı metodiki maarifləndirmə tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Tikinti və şəhərsalma xərclərinin büdcə təsnifatında və mühasibat uçotunda düzgün tətbiqi” mövzusunda metodiki maarifləndirmə tədbiri keçirilib.

Muxtar respublikanın büdcə təşkilatlarının mühasibat uçotu sahəsində çalışan əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Tural Məmmədzadə açıb. O, tikinti və şəhərsalma xərclərinin düzgün təsnifləşdirilməsinin və mühasibat uçotunda düzgün əks etdirilməsinin maliyyə intizamının və hesabatlılığın təmin olunmasında əhəmiyyətini vurğulayıb.

Sonra Nazirliyin Büdcə şöbəsinin əməkdaşı Elxan Sultanov “Tikinti və şəhərsalma xərclərinin büdcədə planlaşdırılması, təsnifləşdirilməsi və əsaslandırılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda xərclərin düzgün təsnifləşdirilməsi, cari və əsaslı təmir xərclərinin fərqləndirilməsi, xərc tələbatının hesablanması və əsaslandırılması məsələləri izah olunub.

Daha sonra Maliyyə-İnzibati şöbənin əməkdaşı İman Yusifov və Uçot siyasəti sektorunun əməkdaşı Nail Mustafazadə “Təmir məsrəflərinin mühasibat uçotunda tətbiqi” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı cari və əsaslı təmir məsrəflərinin fərqləndirilməsi, sənədləşdirilməsi və mühasibat uçotunda əks etdirilməsi qaydaları iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir mövzular ətrafında müzakirələrlə davam etdirilib, iştirakçıların praktiki fəaliyyətdə qarşılaşdıqları məsələlərə dair sualları cavablandırılıb.

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN