Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

İctimai sektor mühasibləri üçün peşəkar mühasib sertifikatı (PMS)  proqramı üzrə növbəti uzunmüddətli təlimlərə başlanılıb
News calendar_month

İctimai sektor mühasibləri üçün peşəkar mühasib sertifikatı (PMS) proqramı üzrə növbəti uzunmüddətli təlimlərə başlanılıb

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə ictimai sektor təşkilatlarında çalışan mühasiblərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə Peşəkar Mühasib Sertifikatı (PMS) proqramı üzrə növbəti uzunmüddətli təlimlərə başlanılıb.

Təlimlərin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mühasibatlıq sektorunun müdiri-baş mühasibi İman Yusifov bildirib ki, təlim proqramının əsas məqsədi dövlət qurumlarında çalışan mühasiblərin nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, onların Peşəkar Mühasib Sertifikatı imtahanlarına hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.

İman Yusifov tərəfindən keçiriləcək təlimlər ilkin mərhələdə mühasibat uçotu üzrə baza biliklərinin möhkəmləndirilməsini əhatə edəcək. Növbəti mərhələlərdə isə tədris prosesi İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) istiqamətində PMS proqramına uyğun şəkildə davam etdiriləcək. Təlimlər çərçivəsində iştirakçıların bilik səviyyəsinin qiymətləndirilməsi və imtahanlara hazırlığının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin imtahan modelinə uyğun sınaq imtahanlarının təşkili də nəzərdə tutulur.

İki ay davam edəcək təlim proqramı Naxçıvan Muxtar Respublikasında mühasibatlıq sahəsində peşəkar kadr potensialının gücləndirilməsinə, mühasiblərin peşə hazırlığının yüksəldilməsinə və ictimai sektor təşkilatlarında beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi üzrə biliklərin artırılmasına xidmət edir.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN