Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 106-cı ildönümü qeyd olunub
News calendar_month

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 106-cı ildönümü qeyd olunub

Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Muzeyinə baxış keçirilib, Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.
Nazirlikdə keçirilən tədbiri giriş sözü ilə açan maliyyə naziri Həsən İsmayılov kollektiv üzvlərini qurumun yaradılmasının 106-cı ildönümü münasibətilə təbrik edib, dövlət maliyyə sisteminin inkişafı istiqamətində fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Nazirliyin şöbə müdiri Ramin Məmmədov çıxış edərək qurumun yaranma tarixi, formalaşma mərhələləri və inkişaf yolu barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il oktyabrın 10-da qəbul etdiyi qərarla yaradılan Maliyyə Şöbəsi muxtar respublikada maliyyə sisteminin formalaşmasının əsasını qoyub. Müxtəlif dövrlərdə fərqli adlarla fəaliyyət göstərən qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2001-ci il mayın 1-də imzaladığı Fərmanla Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi adlandırılıb.
Tədbirdə Nazirliyin şöbə müdirləri Bulqeyis Novruzova və Ağəli Novruzov da çıxış ediblər. Çıxışlarda qurumun fəaliyyət istiqamətləri, müxtəlif dövrlərdə maliyyə sahəsində görülən işlər, kollektivdə formalaşmış peşəkar əməkdaşlıq mühiti və birgə fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra maliyyə naziri Həsən İsmayılov çıxış edərək son illərdə maliyyə sahəsində həyata keçirilən dəyişikliklər, əldə olunan nəticələr və inkişaf perspektivləri barədə məlumat verib. Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsi, büdcə siyasətinin həyata keçirilməsi və maliyyə intizamının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən nazir qarşıda duran vəzifələrin icrasında əməkdaşların üzərinə düşən məsuliyyəti vurğulayıb. Qeyd edilib ki, maliyyə intizamının qorunması və maliyyə idarəçiliyinin səmərəliliyinin artırılması dayanıqlı inkişafın əsas şərtlərindəndir.
Tədbirdə çıxış edən maliyyə nazirinin müavini Elvin Əlimərdanov da kollektiv üzvlərini Nazirliyin yaradılmasının 106-cı ildönümü münasibətilə təbrik edib, maliyyə sisteminin səmərəli idarə olunmasında əməkdaşların rolunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir Nazirliyin fəaliyyət tarixinə, əldə olunan təcrübəyə və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi ilə yekunlaşıb.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN