Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

News calendar_month visibility 1

Maliyyə Nazirliyində keçirilən təlimlərdən növbəti 100 faizlik nəticə

Maliyyə Nazirliyində keçirilən təlimlərdən növbəti 100 faizlik nəticə

Ötən il olduğu kimi, cari il ərzində də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə ictimai sektor təşkilatlarında çalışan mühasiblərin peşəkarlığının artırılması və Peşəkar Mühasib Sertifikatının (PMS) əldə edilməsi məqsədilə həyata keçirilən təlimlər uğurlu nəticələrlə yadda qalıb.

Artıq üçüncü dəfə təşkil olunan təlim proqramının bütün iştirakçıları Peşəkar Mühasib Sertifikatı üzrə imtahanlarda uğur qazanıblar. İştirakçıların hər birinin imtahanı müvəffəqiyyətlə keçməsi təlimlərin səmərəli təşkilinin və məqsədyönlü hazırlıq prosesinin göstəricisidir. Bu nəticə, eyni zamanda, Nazirliyin mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, kadr potensialının gücləndirilməsi və peşəkar biliklərin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərin effektivliyini təsdiqləyir.

Qeyd edək ki, təlimlər Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı İman Yusifov tərəfindən aparılır. Onun praktiki biliklərə əsaslanan tədris yanaşması və imtahan tələblərinə uyğun hazırlıq prosesi iştirakçıların yüksək nəticə əldə etməsində mühüm rol oynayıb.

Təlim proqramları dövlət idarəetmə sistemində maliyyə intizamının, şəffaflığın və hesabatlılığın gücləndirilməsinə, eləcə də ictimai sektor üzrə çalışan mühasiblərin peşəkar inkişafına və beynəlxalq standartlara uyğun biliklərinin artırılmasına mühüm töhfə verir.

collections

Foto Qalereya

2 foto · böyütmək üçün klikləyin

Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance