Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

News calendar_month visibility 1

Maliyyə Nazirliyi yanında İctimai Şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Maliyyə Nazirliyi yanında İctimai Şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb. Bu il ilk dəfə olaraq Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlərinin də parlamentin komitə iclaslarında keçirilən büdcə müzakirələrində iştirakı təmin olunur.

Noyabrın 4-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qanun layihəsinin müzakirəsində Maliyyə Nazirliyi yanında İctimai Şuranın sədri İnqilab Əhmədov iştirak edib.

İctimai Şuranın büdcə müzakirələrində təmsil olunması büdcə prosesində şəffaflığın artırılması, büdcə məlumatlarına əlçatanlığın genişləndirilməsi və ictimai iştirakçılığın təşviqi istiqamətində Maliyyə Nazirliyinin son dövrlərdə həyata keçirdiyi tədbirlərin davamıdır.

Bu iştirakçılıq vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət büdcəsinin prioritetləri və əsas parametrləri ilə bağlı parlament müzakirələrini bilavasitə izləməsinə, müzakirə olunan məsələlər barədə daha dolğun məlumat əldə etməsinə imkan yaradır.

collections

Foto Qalereya

2 foto · böyütmək üçün klikləyin

Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance